“Deepfake” videolarını indi orijinaldan fərqləndirmək çox çətindir”.
Bu sözləri “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən 3-cü forumda çıxış edən Azərbaycan Respublikasının Xüsusi Rabitə və informasiya Təhlükəsizliyi Dovlat Xidmətinin Komputer insidentlərinə qarşı mübarizə mərkəzinin rəisi Murad Balayev bildirib.
“Ölkə başçısının və onun ailə üzvlərinin adından dezinformasiyalar yayılmışdı. Onların bir hissəsi dezinformasiya, bəziləri isə “deepfake” videolar idi. Modern “deepfake” videolarında ağızla səsin uyğunluğunu seçmək çox çətindir. “Deepfake” videolarını bir neçə saytla yoxlamaq olar.
44 günlük Vətən müharibəsi dövründə Ermənistan tərəfindən genişmiqyaslı dezinformasiyalar yayılırdı. “Hamımız.com” adlı bir sayt yaradılmışdı. Guya bu sayt Azərbaycana aid idi, lakin bu digər ölkənin yaratdığı dezinformasiya xarakterli əməl idi.
“Deepfake” və digər tipli dezinformasiyalarla bağlı biz də digər qurumlarla əməkdaşlıqlarımı gücləndirik”.
“Deepfake” videolar İctimai proseslər media müstəvisində