IMG-LOGO

Rafinyanın Səudiyyə Ərəbistanına transferi yenidən gündəmə gəlib

01 May 2026 15:47 6 baxış
IMG

İspaniyanın "Barselona" klubunda çıxış edən Rafinyanın Səudiyyə Ərəbistanında karyerasını davam etdirmək ehtimalı yenidən ortaya çıxıb.

"Report" "Mundo Deportivo"ya istinadən xəbər verir ki, bu çempionatda çıxış edən komandalar 29 yaşlı vingeri heyətinə qatmaq niyyətindədir.

Braziliyalı oyunçu hələlik Kataloniya təmsilçisində qalmaq istəyir. Son ölkə çempionu da onu satmağı planlaşdırmır.

Xatırladaq ki, Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu ötən il Rafinya üçün 90 milyon avro təklif etsə də, müsbət cavab almayıb.

Xəbər lenti