IMG-LOGO

"İnsanlar ChatGPT-yə şəxsi məlumatları ötürürlər" - Sektor müdirindən XƏBƏRDARLIQ

01 May 2026 14:41 5 baxış
IMG
1 0

“Süni intellektə ötürülən şəxsi məlumatlar hər an yayıla bilər”.

Lent.az xəbər verir ki, bu sözləri “İctimai proseslər media müstəvisində” mövzusunda 3-cü forumda çıxış edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin Maarifləndirmə və təhqiqat sektorunun müdiri Esmira Qasımova deyib:

“Süni intellekt insanı əvəz edə bilməyəcək. Amma biz ondan düzgün istifadə etsək, risklərin qarşısını ala bilərik. Vətəndaşlar “ChatGPT”yə bütün şəxsi məlumatlarını ötürürlər. O platformaya hücum olsa, hər kəsin şəxsi məlumatları yayılacaq. Şəkilləri süni intellekt proqramları ilə hazırlayırlar, dizayn edirlər, paylaşırlar. Ancaq anlamaq lazımdır ki, sizin şəkliniz artıq internetə düşə biləcək riskdədir. 

Statistikaları, fərdi və şəxsi məlumatları, CV-ləri süni intellektə ötürmək olmaz. Biz düşünürük ki, instaqramdan, feysbukdan sildiyimiz şəkillər artıq yoxdur, amma elə deyil. Onlar hər an üzə çıxa bilər.

Valideynlər övladlarının körpəlikdən şəkillərini, videolarını paylaşırlar. Anlamırlar ki, o körpə böyüyəndə bəlkə də heç internetdə şəkli olsun istəməyəcək və silinən fotolar da tam olaraq silinmir. Hər an hücum olduqda, o paylaşımlar üzə çıxacaq”.

İctimai proseslər media müstəvisində forum süni intellekt chatgpt

Xəbər lenti