IMG-LOGO

MN-in "İstirahət evi"nin rüşvət almaqda təqsirləndirilən sabiq rəisi məhkəmə zalından azadlığa buraxılıb

01 May 2026 14:30 4 baxış
IMG

Müdafiə Nazirliyinin (MN) "İstirahət evi"nin rüşvət almaqda təqsirləndirilən sabiq rəisi mayor İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxılıb.

"Report"un məlumatına görə, bu barədə hökm Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Hökmə əsasən, ona Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunub və İ.Haqverdiyevə cərimə cəzası kəsilib.

Qeyd edək ki, İ.Haqverdiyev 2025-ci ilin oktyabr ayında həbs olunub. O, Cinayət Məcəlləsinin 311-ci (rüşvət) maddəsi üzrə ittiham olunur.

Xəbər lenti