IMG-LOGO

"Qarabağ"ın futbolçuları Elvin Cəfərquliyev və Abbas Hüseynov Əvəzedicilər Liqasında qol vurublar

01 May 2026 13:57 4 baxış
IMG

"Qarabağ"ın futbolçuları Abbas Hüseynov və Elvin Cəfərquliyev Əvəzedicilər Liqasında qol vurublar.

"Report" xəbər verir ki, cinah müdafiəçiləri 24-cü turda "Qarabağ-2"nin "Zirə-2"yə qalib gəldiyi matçda fərqləniblər.

Hüseynov 49-cu dəqiqədə rəqib qapısına yol tapıb. Cəfərquliyev isə 73-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib. Görüş "Qarabağ-2"nin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Elvin Cəfərquliyev və Abbas Hüseynov intizam qaydalarını pozduqları üçün baş məşqçi Qurban Qurbanov tərəfindən əsas komandadan uzaqlaşdırılıblar.

Xəbər lenti