Azərbaycan şahmatçılarının FIDE reytinqindəki mövqeyi bəlli olub.
"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, Şəhriyar Məmmədyarov may ayının cədvəlində 2717 əmsalla 26-cı pillədə qərarlaşıb.
Teymur Rəcəbov (2689) 39-cu, əmsalını 2665-ə çatdıran Aydın Süleymanlı 49-cu, Eltac Səfərli (2648) 70-ci, Rauf Məmmədov (2636) 90-cı sıradadır.
Qadınlardan ən yaxşı göstərici Ülviyyə Fətəliyevaya (2450) məxsusdur. O, hazırda 25-cidir. Günay Məmmədzadə (2374) 69-cu, Gövhər Beydullayeva (2368) 72-ci, Xanım Balacayeva (2350) 94-cüdür.
Qeyd edək ki, kişilərdə norveçli Maqnus Karlsen (2840), qadınlarda çinli Hou Yifan (2596) reytinq cədvəlinə başçılıq edirlər.