WUF13-ün Bakıda təşkili Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi uğurların beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsinin göstəricisidir.
Bunu MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov “İctimai proseslər media müstəvisində” mövzusunda III Forumun açılış mərasimində deyib.
O bildirib ki, işğaldan azad edilmiş əraziləridə həyata keçirilən “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri Qarabağın və Şərqi Zəngəzurun simasını köklü şəkildə dəyişir: "Bu gün Qarabağın dirçəlişi təkcə bir regionun bərpası deyil, həm də Azərbaycanın intellektual və iqtisadi gücünün, müasir şəhərsalma proseslərinə verdiyi töhfənin əyani sübutudur. Şuşada, Ağdamda, Füzulidə ucalan hər bir yeni bina həm tarixi irsimizə sadiqliyi, həm də gələcəyə baxışımızı simvolizə edir”.
Əhməd İsmayılovun sözlərinə görə, COP29 zamanı sınaqdan çıxmış effektiv kommunikasiya modeli sübut etdi ki, dövlət-media-cəmiyyət vəhdəti istənilən qlobal çağırışın öhdəsindən layiqincə gəlməyə imkan verir.
“WUF13 zamanı da oxşar nailiyyətlərimiz təkrarlanacaq və daha böyük peşəkar uğurlara imza atacağıq”, - o əlavə edib./ APA
WUF13