IMG-LOGO

"Neftqazmaş"ın mənfəəti bölüşdürüləcək

01 May 2026 10:38 2 baxış
IMG

İyunun 16-da, saat 17:00-da "Neftqazmaş" ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.

"Report" xəbər verir ki, yığıncaq Bakı şəhəri, Sabunçu rayonu, I Zabrat qəsəbəsi, Oktyabr küçəsi, 29 ünvanında olacaq.

Yığıncağın gündəliyinə səhmdar cəmiyyətinin 2025-ci il üzrə maliyyə-təsərüffat fəaliyyəti haqqında hesabatının təsdiq edilməsi, nizamnaməsinə əlavə və dəyişikliklər edilməsi, eləcə də mənfəətinin bölüşdürülməsi daxildir.

Xatırladaq ki, "Neftqazmaş" 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 768 min manatdır.

Xəbər lenti