IMG-LOGO

Saməddin Əsədov: Süni intellektin inkişafı medianın məsuliyyətini daha da artırır

01 May 2026 10:39 2 baxış
IMG

Rəqəmsal inkişaf medianın fəaliyyətinə yeni imkanlar açır, süni intellektin inkişafı isə medianın məsuliyyətini daha da artırır.

"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov "İctimai proseslər media müstəvisində" mövzusunda III Forumun açılış mərasimində deyib.

Onun sözlərinə görə, ictimai proseslərin böyük hissəsi media sahəsində baş verir: "Rəqəmsal inkişaf medianın fəaliyyətinə yeni imkanlar açır. Müxtəlif platformalarla daha geniş auditoriyaya çıxış imkanı olur. Süni intellekt alətləri informasiyaya daha əlçatan şərait yaradır".

Nazir müavini əlavə edib ki, Azərbaycanda rəqəmsal inkişafda yeni mərhələ başlayır.

O qeyd edib ki, rəqəmsal platformalarda gedən proseslər çərçivəsində təhlükəsizliyin qarşısını almaq üçün də tədbirlər görülür:

"Müasir çağırışlar yalnız texnoloji həllərlə məhdudlaşmır. Əməkdaşlıq və məsuliyyət əsas şərtlərdəndir. Media və dövlət qurumlarının qarşılıqlı əlaqəsi önəmidilidir. Süni intellektin inkişaf etdiyi dövrdə medianın məsuliyyəti daha da artır. Məqsədimiz həm də bu şəraitdə şəffaf və etibarlı mühitin qurulması, zərərli informasiyalara qarşı birgə əməkdaşlığın təşviqidir".

Xəbər lenti