Türkiyənin tanınmış aktrisası “Kızılcık şərbəti” serialından tanıdığımız Feyza Civelek şəxsi həyatı ilə bağlı diqqət çəkən açıqlamalar verib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, 31 yaşını qeyd edən aktrisa doğum günü tədbirindən sonra jurnalistlərin suallarını cavablandırıb.
Aktrisa yaxın günlərdə özünə yeni Porsche 911 Cabriolet markalı avtomobil alıb. İndi də avtomobilinə nəzər dəyəcək deyə qorxur. Qeyd edək ki, avtomobilin dəyəri təxminən 9 milyon TL (təxminən 300–350 min ABŞ dolları civarında) hesab olunur.
Son günlərdə bahalı avtomobili ilə gündəmə gələn aktrisa bu mövzuda çox danışmaq istəmədiyini bildirib. O, yeni aldığı avtomobillə bağlı “Özümə bir maşın aldım, xeyirli olsun. İnşallah uğur gətirər. Nəzərdən qorxuram, göz dəyməsin deyə bunu çox dilə gətirməyək” deyə açıqlama verib.
Aktrisa daha əvvəl haqqında səsləndirilən tənqidlərə də münasibət bildirib. O, tez-tez istifadə etdiyi “Meyvə verən ağac daşlanar” ifadəsini yenidən xatırladaraq, bu dəfə “Amma gördüyünüz kimi daşlaya bilmədilər” sözlərini deyib.
Tədbirdə onu tək qoymayan anası, ssenarist Melis Civelek isə qızına xoş arzular diləyərək “Allah hər kəsə yaxşılıq nəsib etsin” deyib.
Gecədə iştirak edən aktyor Doğukan Güngör də aktrisaya yeni yaşı münasibətilə təbriklərini çatdırıb və yeni layihələr olacağından danışıb.
Feyza Civelek Melis Civelek Doğukan Güngör Türkiyə şou-biznes aktrisa xəbərləri magazin xəbərləri nazar açıqlaması celebrity həyat tərzi



