IMG-LOGO

TƏBİB-də yeni TƏYİNAT

01 May 2026 10:24 2 baxış
IMG
0 0

Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub.

Bu barədə Lent.az-a TƏBİB-dən məlumat verilib.

R.Hüseynov idarəetmə və menecment sahəsi üzrə ali təhsil alıb, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində menecment ixtisası üzrə magistratura təhsilini fərqlənmə diplomu ilə başa vurub, eyni zamanda Türkiyədə İstanbul Dövlət Universitetində Beynəlxalq İdarəetmə (MBA) proqramını tamamlayıb.

Əmək fəaliyyətinə 2011-ci ildə başlayan Rahim Hüseynov10 ilə yaxınmüddətdə özəl sektorda müxtəlif rəhbər vəzifələrdə çalışaraq idarəetmə və biznes proseslərinin təşkili sahəsində geniş təcrübə qazanıb.

2021–2025-ci illərdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində Daxili nəzarət, audit, monitorinq və təhlil departamentinin rəhbəri vəzifəsində fəaliyyət göstərib.

2025-ci ildən etibarən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb. 

O, 2024-cü ildən Azərbaycan Auditorlar Palatasının üzvüdür.

TƏBİB Təyinat

Xəbər lenti