IMG-LOGO

Azərbaycanın sənaye müəssisəsinin mənfəəti 5 dəfə azalıb

01 May 2026 09:01 4 baxış
IMG

"Neftqazmaş" ASC 2025-ci ili 128 min manat xalis mənfəətlə başa vurub.

"Report" xəbər verir ki, bu, 2024-cü ilə nisbətən 5,1 dəfə azdır.

Bu il yanvarın 1-nə "Neftqazmaş"ın aktivləri 4,518 milyon manat olub ki, bu da illik müqayisədə 18,1 % çoxdur.

Hesabat dövründə şirkətin öhdəlikləri 8,9 % artaraq 1,006 milyon manata, balans kapitalı isə 21,1 % artaraq 3,513 milyon manata çatıb.

Xatırladaq ki, "Neftqazmaş" 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 768 min manatdır.

Xəbər lenti