"Fitch Ratings" beynəlxalq reytinq agentliyi ABŞ-nin dövlət borcunun 2027-ci ilə qədər ÜDM-in 120 %-ni keçə biləcəyini proqnozlaşdırır.
"Report" xəbər verir ki, bu barədə agentliyin hesabatında bildirilir.
"Biz dövlətin büdcə kəsirinin bu il və gələn il ÜDM-in 7,9 %-ni təşkil edəcəyini gözləyirik. Bu nəticəyə gəlirik ki, onsuz da yüksək olan dövlət borcunun səviyyəsi gələn ilə qədər (ÜDM-in) 120 %-i keçəcək", - hesabatda qeyd olunur.
Hesabata görə, ABŞ-nin dövlət borcu hazırda 39,1 trilyon dolları keçib ki, bu da adambaşına 114 000 dollardan çoxdur.