Niderlandın hüquq-mühafizə orqanlarının əməkdaşları vəliəhd şahzadə Amaliya və onun bacısı şahzadə Aleksiyaya qarşı sui-qəsd planında şübhəli bilinən şəxsi saxlayıb.
"Report"un məlumatına görə, bu barədə "Algemeen Dagblad" qəzeti prokurorluğa istinadən xəbər verib.
Prokurorluğun məlumatına görə, şübhəli 33 yaşlı Haaqa sakinidir. Müstəntiqlərin məlumatına görə, sui-qəsd hazırlığı fevralda başlayıb.
Şübhəlinin evində axtarış zamanı üzərində şahzadələrin adları həkk olunmuş iki balta, eləcə də monarxın qızlarından bəhs edən və "qanlı qırğın" törətmək niyyəti barədə qeydlər olan bir kağız parçası tapılıb.
İş üzrə ilk məhkəmə iclası mayın 4-nə təyin edilib.