ABŞ-nin Məxfi Xidmətinin direktoru Şon Karran bildirib ki, Prezident Donald Trampın iştirak etdiyi tədbirləri yalnız Ağ Evdə keçirilməsinə üstünlük verərdi.
"Report"un məlumatına görə, o, bu açıqlamanı "Fox News" telekanalının efirində ABŞ liderinin qatıldığı qəbul zamanı "Washington Hilton" hotelində baş verən atışma ilə bağlı şərh verərkən verib.
"Mən həmişə Ağ Evə üstünlük verirəm; bu, bizim tam nəzarətimiz altında olan yerdir. Bundan əlavə, (Ağ Evdən kənarda -red.) yerlərin seçilməsi nəqliyyatın hərəkətinə (məhdudiyyətlər -red) tələb edir, ictimai həyata təsir göstərir və büdcə məsələləri də var", - Ş.Karran qeyd edib.
Xatırladaq ki, daha əvvəl Trampın "Washington Hilton" hotelində qatıldığı tədbir zamanı atışma baş verib.