Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) vətəndaşlarına İran, İraq və Livana səyahətləri qadağan edib.
"Report"un məlumatına görə, müvafiq açıqlama BƏƏ Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc edilib.
"Regionda baş verən son hadisələr fonunda BƏƏ Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına İran, İraq və Livana bütün səyahətlərin qadağan olunduğunu elan edir. Hazırda bu ölkələrdə olan bütün BƏƏ vətəndaşlarına mümkün qədər tez vətənə qayıtmaları tövsiyə olunur", - nazirliyin press-relizində deyilir.
BƏƏ Xarici İşlər Nazirliyi qərarın səbəblərini açıqlamayıb.