IMG-LOGO

Tramp ABŞ-nin Avropada hərbi mövcudluğunun azaldılacağını güman edir

01 May 2026 03:41 2 baxış
IMG

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton Almaniya, İtaliya və İspaniya da daxil olmaqla xaricdə yerləşən Amerika hərbi kontingentlərinin azaldılmasını nəzərdən keçirə bilər.

"Report"un məlumatına görə, o, bu barədə Ağ Evdə jurnalistlərə bildirib.

O, belə qərarın qəbul olunmasını istisna etmədiyini deyib.

Tramp həmçinin bir neçə Avropa ölkəsini tənqid edərək bildirib ki, onun fikrincə İtaliya və İspaniya ABŞ-yə kifayət qədər kömək etmir.

Xəbər lenti