IMG-LOGO

Qubada selin fəsadları aradan qaldırılır -VİDEO

01 May 2026 02:14 3 baxış
IMG
1 0

Son günlərdə yağan intensiv yağışların Qubada yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər genişləndirilib. Lent.az xəbər verir ki, Prezident İlham Əliyevin 28 aprel tarixli sərəncamından sonra rayonda bərpa və quruculuq tədbirləri daha da sürətlənib.

Sel sularının yollara, körpülərə və yaşayış evlərinə vurduğu ziyan aradan qaldırılır, bəzi ərazilərdə nəqliyyatın hərəkəti bərpa olunub, alternativ yollar çəkilir. Zərərçəkmiş sakinlər dövlətin dəstəyini yüksək qiymətləndirir, evlərin bərpası və kompensasiyalarla bağlı qərarları müsbət qarşılayırlar.

Ətraflı APA TV-nin süjetində:   

 

quba selin fəsadları bərpa

Xəbər lenti