IMG-LOGO

Premyer Liqa: "Neftçi" "Qarabağ"ı məğlub edib, "Sabah" çempionluğunu rəsmiləşdirib

30 Apr 2026 21:54 3 baxış
IMG

"Sabah" Misli Premyer Liqasında çempionluğunu rəsmiləşdirib.

"Report"un məlumatına görə, bu, XXI turundan təxirə salınmış oyunda "Neftçi"nin "Qarabağ"ı məğlub etməsi ilə reallaşıb.

"Palms Sports Arena"dakı qarşılaşma "ağ-qaralar"ın qələbəsi ilə yekunlaşıb - 2:1.

Meydan sahiblərindən 55-ci dəqiqədə Emil Səfərov, 90+2-ci dəqiqədə Bassala Sambu fərqlənib. 85-ci dəqiqədə komandanın müdafiəçisi Elvin Bədəlov avtoqol müəllifi olub.

Xallarının sayını 47-yə çatdıran "Neftçi" dördüncü pilləyə yüksəlib.

29 oyundan sonra 59 xalla ikinci sırada yer alan "Qarabağ"ın 72 xalla lider olan "Sabah"a çatmayacağı dəqiqləşib.

Beləliklə, "Sabah" tarixində ilk dəfə Azərbaycan çempionu olub.

Xatırladaq ki, "Qarabağ"a 18 oyundur qalib gələ bilməyən "Neftçi" sonuncu qalibiyyətinə 2021-ci ildə nail olub.

Xəbər lenti