IMG-LOGO

Tramp yenidən Mertsi tənqid edib: O, tamamilə faydasız oldu

30 Apr 2026 18:42 4 baxış
IMG

ABŞ Prezidenti Donald Tramp Almaniya Kansleri Fridrix Mertsin Yaxın Şərqdəki vəziyyətin dünya iqtisadiyyatı üçün mənfi nəticələri barədə açıqlamalarından sonra yenidən onu sərt şəkildə tənqid edib.

"Report" xəbər verir ki, Tramp "Truth Social"dakı bəyanatında Mertsi ABŞ-nin Yaxın Şərqdəki işlərinə qarışmamağa çağırıb.

"Almaniya kansleri vaxtını daha çox Rusiya-Ukrayna müharibəsinin dayandırılmasına - harada ki, o, tamamilə faydasız oldu - və dağıdılmış ölkənin bərpasına, miqrasiya və energetika məsələlərinə ayırmalıdır. İranın nüvə təhlükəsini aradan qaldıran və bununla da dünyanı, o cümlədən Almaniyanı daha təhlükəsiz yerə çevirən işlərə isə daha az qarışmalıdır", - Tramp yazıb.

Qeyd edək ki, kansler münaqişənin dünya iqtisadiyyatı, o cümlədən Almaniyanın özü üçün mənfi nəticələr verdiyini bildirərək, ABŞ və İsrailin İrana qarşı əməliyyatını dəfələrlə tənqid edib. Tramp isə Mertsi ABŞ-nin işlərinə qarışmaqda və İranın nüvə proqramını dəstəkləməkdə ittiham edib.

Xəbər lenti