IMG-LOGO

"Evdən qaçırdı" - Hamamda oğlanla zəhərlənən 14 yaşlı qızın ANASI DANIŞDI

30 Apr 2026 18:00 6 baxış
IMG
63 0

Xətai rayonunda baş verən faciəvi hadisədə zəhərlənən 2012-ci il təvəllüdlü T.B.-nin anası Kəmalə Ələkbərova açıqlama verib.

Lent.az-ın RTV-yə istinadən məlumatına görə, o, qızından bir müddətdir xəbəri olmadığını bildirib.

10 övladı olduğunu deyən ana qızının tez-tez evdən qaçdığını qeyd edib.

“Evdən dəfələrlə qaçır, gedib gətirirəm. Bir dəfə də qaçmışdı, 5 gün onu gözlədim. Abşeron Polis İdarəsinə xəbər verdim, qızı tapdılar. İndi də 3-cü aya keçib ki, evdə yoxdur. Mən onu harada axtarım? Həmin oğlanı tanımıram, harada tanış olduqlarını bilmirəm. Kaş oğlan yox, Təranə ölərdi. Haqq-ədalət var, dəm qazından zəhərlənib ölüb. Qızım məktəbə getmir, 14 yaşı var. Atası da var, gözdən əlildir. Allah belə qızın bəlasını versin”, - o qeyd edib.

Xatırladaq ki, daha əvvəl dilənçiliklə məğul olan 14 yaşlı qız ötən il oğurluğa görə saxlanılmışdı. O, gözəlliyinə görə qısa zamanda populyarlaşmışdı.

***

29 aprel, saat 17:39

Bakıda gənc oğlanın dəm qazından zəhərlənib ölməsi, yeniyetmənin isə zəhərlənməsi üzrə araşdırma aparılır.

Bu barədə Lent.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, aprelin 28-də paytaxtın Xətai rayonu ərazində yerləşən evlərdən birində 19 yaşlı Yusif Atalayın dəm qazından zəhərlənərək ölməsi, 14 yaşlı yetkinlik yaşına çatmayan şəxsin isə zəhərlənməsi faktı üzrə Xətai rayon prokurorluğunda araşdırma aparılır.

*** 11:32

Bakıda gənc oğlan və yeniyetmə qız hamamda qazdan zəhərlənib.

Lent.az xəbər verir ki, hadisə Xətai rayonu, R.Bağırov küçəsində qeydə alınıb.

Ağdaş rayon sakini 19 yaşlı Y. A. və Yevlax rayon sakini 14 yaşlı T. B. kirayədə yaşadıqları evin hamam otağında dəm qazından zəhərləniblər. Nəticədə Y.A. ölüb, T.B. isə xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin ağır olduğu bildirilir.

Araşdırma aparılır.

Hadisələr dəm qazı

Xəbər lenti