IMG-LOGO

Qarabağdakı aqrar təyinatlı torpaqların icarəyə verilməsi üzrə III investisiya müsabiqəsi elan edilib

30 Apr 2026 17:50 8 baxış
IMG

Kənd Təsərrüfatı Nazirliyi işğaldan azad edilmiş ərazilərdəki torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə III investisiya müsabiqəsi elan edib.

"Report" bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, müraciətlərin (ərizələrin) qəbulu ölkə Prezidentinin 27 noyabr 2024-cü il tarixli fərmanı ilə təsdiq edilmiş "İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə investisiya müsabiqələrinin keçirilməsi Qaydaları"na əsasən həyata keçiriləcək.

İcarə müqaviləsi ilkin olaraq 5 il müddətinə imzalanır. Həmin müddətin sonunda Qaydalara uyğun olaraq həyata keçirilən nəzarət tədbirlərinə əsasən, müsabiqə qalibinin Qaydaların və icarə müqaviləsinin tələblərinə əməl etdiyi (o cümlədən torpaqlardan səmərəli istifadə etdiyi) müəyyən edildikdə, icarə müqaviləsinin müddəti əlavə 44 ilə qədər uzadılır.

İnvestisiya layihəsinin istiqamətləri əkinçilik, bağçılıq, heyvandarlığın inkişafı, aqroturizm və balıqçılıq olmalıdır. Ərizələr iyunun 15-i, saat 18:00-a qədər Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi vasitəsilə qəbul olunur.

Xəbər lenti