Bu ilin yanvar-mart aylarında Azərbaycanda 10 dövlət şirkətinin ixrac etdiyi qeyri-neft məhsullarının ümumi dəyəri 208,7 milyon ABŞ dolları təşkil edib.
"Report" İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin müvafiq dövrünün göstəricisindən (282,8 milyon ABŞ dolları) 74,1 milyon ABŞ dolları və ya 26,2 % azdır.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlət şirkətlərinin siyahısına 27,3 % payla "SOCAR Polymer" MMC başçılıq edib.
İxracın həcminə görə dövlət şirkətlərinin renkinqi:
Şirkət
2026-cı ilin yanvar-mart aylarında ixracın həcmi (milyon ABŞ dolları)
2025-ci ilin yanvar-mart aylarında ixracın həcmi (milyon ABŞ dolları)
Faiz fərqi
"SOCAR Polymer" MMC
57
59
-3,4 %
"AzerGold" QSC
51,8
41,9
23,6 %
"Azəralüminium" MMC
42,9
39,6
8,3 %
SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi
35,3
105
-66,4 %
"Azərpambıq ASK" MMC
11,7
9,5
23,2 %
"Azərbaycan Hava Yolları" QSC
4,5
3,8
18,4 %
SOCAR-ın Qaz İxrac İdarəsi
2,8
23
-87,8 %
"AzərEnerji" ASC
2
1
100 %
"SOCAR CAPE" MMC
0,43
0
-
"Naxçıvan Enerji" MMC
0,23
0
-
Hesabat dövründə Azərbaycanın qeyri-neft-qaz ixracı dəyər ifadəsində ötən ilin eyni dövrü ilə müqayisədə 11,7 % artaraq 862 milyon ABŞ dollarına çatıb.