IMG-LOGO

Ancelina Coli Epşteyn haqqında filmə çəkiləcək

30 Apr 2026 14:35 3 baxış
IMG
4 0

Corc Kluni və Ancelina Coli, Ceffri Epşteynin ətrafındakı pedofiliya şəbəkəsi haqqında çəkiləcək yeni mini-serialda baş rolları ifa edəcəklər.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Corc Kluni Ceffri Epşteyn obrazını, Ancelina Coli isə onun cinayət ortağını canlandıracaq.

Serialın yaradıcısı "Sony Pictures" studiyasıdır. Məlumata görə, studiya üçün bu cinayətkar cütlüyün iki əsl dünya ulduzu tərəfindən canlandırılması mühüm əhəmiyyət kəsb edir.

Bu triller janrlı serialın izləyiciləri artıq indidən onu "bütün zamanların ən yaxşı serialı" kimi xarakterizə ediblər.

Britaniyanın "Sunday Express" tabloid qəzetindəki bir mənbə qeyd edir ki, istehsalçı şirkət Corc Kluninin xarizmasına güvənir. Xüsusilə "Netflix"in "Jay Kelly" filmindən sonra aktyorun Epşteyn kimi son dərəcə narsist bir personajı canlandıra biləcəyi aydın şəkildə ortaya çıxdı. Ancelina Coli isə cinayətkarın hazırda həbsdə olan ortağı Qisleyn Maksvelli canlandıracaq.

Serialda yer alması ehtimal olunan digər aktyorlar da açıqlanıb. Belə ki, Alek Bolduinin Donald Trampı canlandıracağı bildirilib. Britaniyalı aktyor Maykl Şin isə Endryu Mauntbatten-Vindzor rolunu öhdəsinə götürəcək.

Ceffri Epşteyn haqqında çəkiləcək mini-serial, Epşteynin 2008-ci ildəki ilk həbsindən sonra nisbətən yüngül cəza almasına şərait yaradan ədalət sisteminin uğursuzluqlarını diqqət mərkəzinə gətirəcək. Serial Yuli K. Braunun 2021-ci ildə nəşr olunmuş "Ədalətin sapması: Ceffri Epşteyn hekayəsi" adlı kitabına əsaslanır.

 

Ancelina Coli Epşteyn

Xəbər lenti