Xəbər verdiyimiz kimi, BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin sabiq prokuroru, Azərbaycana qarşı qərəzi və az qala düşmənçiliyi ilə tanınan Luis Okamponun qalmaqallı videosu üzə çıxıb.
Yayılan video görüntülər Avropa siyasətindəki rəzilliyi bir daha ortaya qoydu. Həmin video Avropa qurumlarında erməni lobbisinin fəallığının və Avropa İttifaqının yüksək rəhbərliyində korrupsiyanın hansı həddə çatdığını tam çılpaqlığı ilə göstərir. Söhbət BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin sabiq prokuroru Luis Ocampo və onun oğlu Tomasın əks olunduğu video görüntülərdən gedir. Onların hər ikisi öz məqsədləri və bu məqsədlərə çatmaq üçün istifadə etdikləri alətlər barədə çox açıq və çılpaqlığı ilə danışırlar.
Avropada bəzi siyasətçilərin erməni lobbilərinin təsiri altında olduğu və korrupsiya ilə bağlı iddialar var. Beynəlxalq Ədalət Məhkəməsinin sabiq prokuroru Luis Okampo və onun oğlunun Avropa siyasətinə təsir göstərmək, Azərbaycana qarşı təzyiq yaratmaq və Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq planları qurmaları, ümumilikdə Avropa strukturlarında gizli siyasi təsir və regional proseslərə müdaxilə iddialarını önə çəkir. Okamponun oğlu söhbət zamanı açıq şəkildə məqsədlərini açıqlayır. O bildirir ki, “bizim nail olmalı olduğumuz şey Paşinyanı, uzaqlaşdırmaqdır”.
Yayılan qalmaqallı video Azərbaycanda da böyük rezonans yaratdı. Artıq bir çox politoloqlar məsələyə öz münasibətini bildirib.
Yayılan görüntülər ətrafında Lent.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, bu etiraf həm də erməni lobbisinin Avropada nüfuzdan düşmüş, cinayət əməlləri ilə məşğul olmuş şəxslərlə necə dərin əlaqələr qurduğunu ifşa edir:
“Beynəlxalq Ədalət Məhkəməsinin sabiq prokuroru Luis Okamponun etirafları, əslində, Avropa Parlamentində hansı proseslərin baş verdiyini göstərir. Əslində rüşvət müqabilində lobbiçilik edən bu parlamentarilər heç bir hüquqi norma və Avropa dəyərlərinə sadiqlik nümayiş etdirmədən, sadəcə pul qarşılığında siyasəti və diplomatiyanı korrupsiya şəbəkəsinə çevirdiklərini açıq şəkildə göstərdilər.
İndi məsələ təkcə Avropa Parlamenti üzvlərinin, o cümlədən Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə sabiq Ali Nümayəndəsi Cozep Borrellin korrupsiya fəaliyyətində iştirakı və bu prosesdə alətə çevrilməsi ilə məhdudlaşmır: “Eyni zamanda beynəlxalq hüquqa zidd, antisivilizasion elementləri özündə birləşdirən və sivilizasiyalar arasında qarşıdurmanı təşviq edən yanaşmaların da mövcud olduğunu görürük. Belə olan halda bu korrupsiyanın hüququ necə cinayətkar və rüşvətxor mexanizmlərə alət etdiyini bir daha müşahidə edirik. Bu baxımdan Ermənistan Baş naziri Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması kimi absurd ideyanı qarşıya məqsəd qoyan bu lobbi təşkilatının uğur qazanması real görünmür. Bununla belə, baş verənlər Avropa siyasətinin və ayrı-ayrı siyasətçilərin ifşa olunması baxımından mühüm əhəmiyyət daşıyır”.
Avropa Luis Okampo