Ukrayna Permdə (Rusiya) "Lukoyl-Permnefteorqsintez" neft emalı zavoduna (NEZ) zərbə endirib.
Bu barədə "Report" "RBK-Ukrayna"ya istinadən xəbər verir.
Məlumata görə, nəticədə neftin ilkin emalı üzrə AVT-4 qurğusu zədələnib, obyektdə yanğınlar yaranıb, o cümlədən vakuum və atmosfer rektifikasiya kolonlarında alovlanma baş verib.
Həmçinin NEZ-ə neft tədarükünü təmin edən "Perm" xətt istehsalat-dispetçer stansiyasına hücum edildiyi də bildirilir. Məlumata görə, əvvəllər bu obyekt artıq pilotsuz uçuş aparatı ilə zərbələrə məruz qalıb və təkrar hücumdan sonra orada yeni yanğın ocaqları qeydə alınıb.
Hazırda rəsmi təsdiqlər və dəymiş ziyanın miqyası barədə məlumatlar dəqiqləşdirilir.