IMG-LOGO

Azərbaycan U-17 millisi UEFA İnkişaf Turnirinin son oyununda Pakistanı məğlub edib

30 Apr 2026 11:30 4 baxış
IMG

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi UEFA İnkişaf Turnirində son oyuna çıxıb.

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komanda üçüncü matçında Pakistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Qazaxıstanın Çimkənd şəhərində yerləşən "Namys" stadionunda keçirilən görüş Azərbaycan yığmasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandanın heyətində qalibiyyət qolunu 77-ci dəqiqədə Nazim Əliyev vurub.

Bununla da Aqil Nəbiyevin baş məşqçisi olduğu kollektiv 4 komandanın iştirakı ilə baş tutan turniri 5 xalla tamamlayıb. U-17 daha əvvəl Rusiya (0:5) və Qazaxıstan (1:1, p. - 4:2) seçmələri ilə qarşılaşıb.

Xəbər lenti