IMG-LOGO

Azərbaycanlıları otel kompleksi 265 milyona satışa çıxarıldı

30 Apr 2026 10:28 4 baxış
IMG
0 0

Rusiyanın Kurqan şəhərində Azərbaycan mətbəxi təqdim edən restoran-otel kompleksi satışa çıxarılıb.

Lent.az xəbər verir ki, müəssisəsinin azərbaycanlı sahibi hazır biznesi 265 milyon rubl dəyərində qiymətləndirib.

Elana görə, kompleksə 30 otel otağı daxildir və qiymət 265 milyon rubl göstərilsə də, sahibkar onun razılaşma yolu ilə dəyişə biləcəyini qeyd edib.

Obyekt Qoqol küçəsində yerləşir. Ümumi sahəsi 1 700 kvadratmetr olan bina dörd mərtəbədən ibarətdir. Müəssisə 2019-cu ildə fəaliyyətə başlayıb. Həmçinin qeyd olunur ki, bu, obyektin ilk satış cəhdi deyil, otel 2021-ci ildən bəri satışa çıxarılır.

Rusiya azərbaycanlılar azərbaycanlı sahibkar Kurqan otel restoran mətbəx

Xəbər lenti