IMG-LOGO

"ChatGPT" ilə yazılan mətnlər ifşa olundu - Bu sözlər onları ələ verir

29 Apr 2026 15:05 3 baxış
IMG
0 0

Süni intellekt texnologiyalarının sürətli inkişafı ilə mətnlərin kim tərəfindən yazıldığını müəyyən etmək getdikcə çətinləşir. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bəzi ifadələrə tez-tez rast gəlinməsi mətnin süni intellektin köməyi ilə yazıldığını göstərə bilər.

"Araşdırmalar göstərir ki.."

ChatGPT müxtəlif internet mənbələrindən məlumat toplayaraq cavab formalaşdırır. Mətn daxilində konkret mənbə göstərilmədən “araşdırmalar göstərir” kimi ümumi ifadələrdən istifadə olunması maşın məntiqinə işarə edə bilər.

“Qeyd etmək vacibdir ki...”

Süni intellekt tez-tez əsas mövzu ilə birbaşa əlaqəsi olmayan və ya insanın qeyd etməyəcəyi qədər aydın olan detalları vurğulayır. Bu tip əlavə izahlar mətnin “şişirdilmiş” görünməsinə səbəb olur.

“Bu, ... əhəmiyyətini vurğulayır”

Belə ümumiləşdirilmiş və bəzən pafoslu nəticələr xüsusilə mətnin sonunda yer alır. Bu cür ifadələr çox vaxt real məzmunu gücləndirməkdən daha çox, sadəcə formal nəticə təsiri yaradır.

Ekspertlər bildirir ki, süni intellekt alətləri düzgün istifadə edildikdə faydalıdır, lakin onların geniş yayılması informasiya məkanında müəlliflik məsələsini daha mürəkkəbləşdirir. Buna görə də oxuculara tövsiyə olunur ki, oxuduqları mətnlərə tənqidi yanaşsınlar və məlumatları mümkün olduqda yoxlasınlar.

süni intellektlə yazılan mətnlər

Xəbər lenti