IMG-LOGO

Franko Mastantuono az oynadığı üçün "Real"dan ayrılmağı düşünür

29 Apr 2026 13:40 3 baxış
IMG

Argentina millisinin üzvü Franko Mastantuono İspaniyanın "Real" klubundan ayrılmağı planlaşdırır.

"Report" "Defensa Central" nəşrinə istinadən xəbər verir ki, 18 yaşlı futbolçu Madrid təmsilçisində az forma şansı əldə etdiyi üçün narazıdır.

O, "Kral klubu"ndakı ilk mövsümündən sonra daha çox oynamaq üçün "River Pleyt"ə qayıtmağı nəzərdən keçirir.

"Real"ın cinah oyunçusunu satmaq ehtimalı azdır, lakin klub icarə təkliflərini dəyərləndirə bilər.

Xatırladaq ki, Franko Mastantuononun müqaviləsinin müddəti 2031-ci ilin yayınadək qüvvədədir. O, paytaxt komandasında 30 matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti