Hollivud adətən qüsursuz görünüş və ciddi gözəllik rutinləri ilə assosiasiya olunsa da, bütün məşhurlar gündəlik yuyunma qaydalarına əməl etmir.
Lent.az xarici mediaya istinadla gigiyenaya daha fərqli yanaşan və bu mövzuda müzakirələrə səbəb olan 8 tanınmış simanı təqdim edir.
Robert Pattinson
"Alatoran" (Twilight) filminin ulduzu saçlarını hər gün yumağın mənasız olduğunu düşünür. Aktyor müsahibələrinin birində: "Həftələrlə belə yaşayıram. Saçımı niyə hər gün yumalı olduğumu həqiqətən anlamıram", - deyərək uzun müddət saçına qulluq etmədiyini etiraf edib.
Kristen Bell
Aktrisa gigiyena məsələsində qrafikə deyil, bədənin verdiyi siqnallara güvənir. Onun fikrincə, əgər bədəndən kənar bir qoxu gəlmirsə, hər şey qaydasındadır: "Qoxu hiss etdiyiniz an, deməli, duş almağın vaxtı çatıb".
Şarliz Teron
Oskar mükafatlı aktrisa duşlar arasında uzun fasilələr verməyin onun üçün problem olmadığını bildirib. Teron "Təxminən bir həftə duş almadan qala bilirəm və bundan heç bir narahatlıq duymuram", - deyərək minimalist yanaşmasını bölüşüb.
Teylor Svift
Həkimlərin ayaq gigiyenası ilə bağlı tövsiyələrinə baxmayaraq, dünya şöhrətli müğənni bu məsələyə çox vaxt ayırmır. O, müsahibəsində bildirib ki, ayaqlarını qırxarkən istifadə etdiyi krem sabun funksiyasını da yerinə yetirdiyi üçün əlavə yumaya ehtiyac görmür.
Şia LaBeof
Rola girmək üçün hər cür çətinliyə qatlaşan aktyor, "Fury" filminin çəkilişləri zamanı daha inandırıcı görünmək üçün həftələrlə duş almaqdan imtina edib.
Cak Qellenhal
Gyllenhaal gündəlik duş almağın dəri üçün o qədər də faydalı olmadığına inanır. O, dərinin özünü yeniləməsi üçün tez-tez yuyunmağın zərərli ola biləcəyini və üzünü hər gün yumağa ehtiyac duymadığını qeyd edib.
Aşton Kutçer
Kutçer və ailəsinin gigiyena vərdişləri sosial mediada böyük səs-küyə səbəb olmuşdu. Aktyor gündəlik olaraq yalnız qoltuqaltı və intim nahiyələrini yuduğunu, bədəninin qalan hissəsinə toxunmadığını bildirib.
Kim Kardaşyan
Realiti-şou ulduzu saçları üçün xüsusi bir qrafik tətbiq edir. Saçlarını hər beş gündən bir yuyan Kim, ilk günləri fərqli modellərlə keçirdiyini, yalnız beşinci günün sonunda saçlarını tam təmizlədiyini deyir.
maqazin Kim Kardaşyan Aşton Kutçer Şia LaBeof Taylor Svift






