IMG-LOGO

İtaliya Avropa çempionatını keçirmək hüququnu itirə bilər

29 Apr 2026 06:47 2 baxış
IMG
1 0

İtaliya 2032-ci il Avropa çempionatını keçirmək hüququnu itirə bilər.

“Calcio e Finanza”nın məlumatına görə, buna səbəb ölkənin futbol federasiyasına kənar idarəetmənin tətbiq olunması ehtimalıdır. Bu halda İtaliya klubları avrokuboklardan da kənarlaşdırıla bilər.

Qərarın korrupsiya qalmaqalı fonunda gündəmə gəldiyi bildirilir. Milan prokurorluğu hakim təyinatlarında saxtakarlıq iddiası ilə Milli Hakimlər Komissiyasının rəhbəri Canluka Rokkini ittiham edib.

UEFA prezidenti Aleksander Çeferin siyasi müdaxilənin sanksiyalara səbəb ola biləcəyini və hətta ölkənin turniri keçirmək hüququndan məhrum edilə biləcəyini bildirib.

 

italiya uefa

Xəbər lenti