IMG-LOGO

ABŞ və bir sıra ölkələr Panamanın suverenliyini dəstəkləyiblər

29 Apr 2026 06:50 4 baxış
IMG

ABŞ, Boliviya, Kosta-Rika, Qayana, Paraqvay, Trinidad və Tobaqo Çinin dəniz ticarəti fəaliyyətləri qarşısında Panamanın suverenliyini dəstəklədiklərini bildiriblər.

"Report"un "Reuters"ə istinadən verdiyi məlumata görə, müvafiq birgə bəyanat çərşənbə axşamı yayılıb.

Sənəddə qeyd olunur ki, Pekinin hərəkətləri beynəlxalq dəniz nəqliyyatını siyasiləşdirmək və regional dövlətlərə təzyiq göstərmək cəhdi kimi qiymətləndirilir.

Bəyanatın müəllifləri vurğulayıblar ki, onlar Çinin iqtisadi təzyiqi ilə bağlı vəziyyəti, o cümlədən Panama bayrağı altında üzən gəmilərə təsir edən tədbirləri yaxından izləyir. Sənəddə həmçinin bildirilir ki, bu cür addımlar ticarət azadlığına, dəniz yollarının sabitliyinə və Qərb yarımkürəsindəki ölkələrin suveren hüquqlarına təhlükə yarada bilər.

Xəbər lenti