IMG-LOGO

Senat Trampın Kubada mümkün hərbi əməliyyatına qarşı çıxan qətnaməni bloklayıb

29 Apr 2026 05:46 2 baxış
IMG

ABŞ Senatı, Prezident Donald Trampın Konqresin təsdiqi olmadan Kubaya qarşı hərbi əməliyyat başlatmasını qadağan edən demokratların təşəbbüsünü bloklayıb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Qeyd olunur ki, prosedur səsverməsi 51 səsə qarşı 47 səslə başa çatıb. Senata nəzarət edən respublikaçılar qətnamənin vaxtından əvvəl olduğunu, çünki Vaşinqtonun hələ Kubaya qarşı hərbi əməliyyatlarda fəal iştirak etmədiyini bildiriblər.

Qanun layihəsinin nəzərdən keçirilməsinə qarşı çıxan Florida ştatından Respublikaçı senator Rik Skott, Prezidentin Kubaya qoşun göndərmədiyini, buna görə də bu halda müharibə səlahiyyətlərindən istifadənin əsassız olduğunu vurğulayıb.

Qətnamənin müəlliflərindən biri, Demokrat senator Tim Keyn öz növbəsində bildirib ki, ABŞ-ın Kubaya yanacaq tədarükünü dayandırmaq üçün atdığı addımlar hərbi təzyiq forması hesab edilə bilər. Onun sözlərinə görə, ABŞ-a qarşı oxşar tədbirlər görülsəydi, Vaşinqton bunu müharibə aktı hesab edərdi.

Demokratlar artıq bir neçə dəfə Konqres vasitəsilə Trampın qanunvericilik təsdiqi olmadan hərbi əməliyyatlar aparmaq səlahiyyətini məhdudlaşdırmağa çalışıblar. Lakin hər iki palatadakı respublikaçı çoxluq adətən bu cür təşəbbüsləri bloklayır və Demokratları prezidentin mövqeyini zəiflətməyə çalışmaqda ittiham edir.

Xəbər lenti