IMG-LOGO

Ukrayna Qafqaz ölkələri ilə "dron müqavilələri" həyata keçirir

29 Apr 2026 03:36 3 baxış
IMG

Beynəlxalq tərəfdaşlarla xüsusi əməkdaşlıq formatı - "dron sövdələşmələri" artıq Yaxın Şərq və Fars körfəzi, Avropa və Qafqaz ölkələri ilə həyata keçirilir.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "X" hesabında yazıb.

Onun sözlərinə görə, müvafiq təklif amerikalı tərəfdaşlar tərəfindən də nəzərdən keçirilir. O qeyd edib ki, bu format havada, quruda və dənizdə etibarlı müdafiə yaratmaq üçün lazım olan dronları, müdafiə sistemlərini və digər silah növlərini əhatə edir.

Ukrayna Prezidenti vurğulayıb ki, bu cür müqavilələrin şərtləri Kiyev üçün əlverişli olmalı, ciddi nəzarətlə müşayiət olunmalı və ixrac gəlirləri ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə yönəldilməlidir.

"Mütləq belə olacaq", - deyə o əlavə edib.

Xəbər lenti