IMG-LOGO

İsrail Livanın cənubunda "Hizbullah"ın iki tunelini məhv edib

29 Apr 2026 00:44 5 baxış
IMG

İsrail Müdafiə Ordusu Livanın cənubunda "Hizbullah" qruplaşmasına məxsus iki tuneli məhv edib.

"Report" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, tunellər "İran standartları"na uyğun tikilib. İddiaya görə, Tehran onların layihələndirilməsi və maliyyələşdirilməsində birbaşa iştirak edib.

"Tunellər Kantara ərazisində yerləşirdi, onların ümumi uzunluğu təxminən 2 kilometr idi və dağıdılması üçün 450 tondan çox partlayıcı maddədən istifadə olunub", - bəyanatda qeyd olunur.

Hərbçilərin məlumatına görə, tunellərdə yaşayış və operativ planlaşdırma üçün istifadə edilən 30-dan çox otaq olub.

Xəbər lenti