IMG-LOGO

Azərbaycan gömrüyü mal və nəqliyyat vasitəsinin yoxlanılması aktını iki iş gününə təqdim edə bilər

28 Apr 2026 18:14 3 baxış
IMG

Azərbaycan gömrüyündə bəyannaməçinin, mal sahibinin, səlahiyyəti olan digər şəxslərin və ya onların nümayəndələrinin iştirakı olmadan malların və nəqliyyat vasitələrinin yoxlanılması barədə tərtib olunan aktın 2 iş günü ərzində təqdim edilməsi nəzərdə tutulur.

"Report" xəbər verir ki, bu, "Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Sənəd Milli Məclisin mayın 1-də keçiriləcək növbəti plenar iclasının gündəliyinə daxil edilib.

Bundan başqa, qanun layihəsinə əsasən, gömrük nəzarətinin formaları olan gömrük baxışı (məqsədləri, aparılma yeri, vaxtı və sair məsələlər tənzimlənməklə) və gömrük yoxlamasının aparılmasının (yoxlama malların eyniləşdirilməsinin təmin edilməsi məqsədil ilə həyata keçirilir) məcəllə ilə təfsilatlı (92-1 və 92-2-ci madddələr) tənzimlənməsi planlaşdırılır. "Baxış", "müayinə" və "yoxlama" kimi halların digər qanunvericilik praktikasında ciddi tənzimlənməsi təcrübəsindən irəli gəlir və bu eyni zamanda gömrük orqanlarının bütün fəaliyyətinin hüquqi çərçivəyə salınmasını təmin edir;

Eyni zamanda, gömrük auditinin, o cümlədən kameral və səyyar gömrük auditinin aparılmasının xüsusiyyətlərinin tənzimlənməsi, gömrük rəsmiləşdirilməsinin bəyannaməçinin seçimi və gömrük orqanlarının razılığı ilə digər yerlərdə də aparıla bilməsi, gömrük rəsmiləşdirilməsinin güzəştli və sadələşdirilmiş qaydasının tətbiq edildiyi gömrük əməliyyatlarının dairəsinin genişləndirilməsi, qısa idxal bəyannaməsinin beynəlxalq təcrübəyə uyğun olaraq ləğvi müddətinin (200 gün) tənzimlənməsi də qanun layihəsində nəzərə alınıb.

Xəbər lenti