İspaniyanın "Atletiko" klubunda çıxış edən Xulian Alvaresi heyətinə cəlb etmək niyyətində olan "Barselona" hücum mövqeyi üçün başqa alternativləri də nəzərdən keçirir.
"Report" yerli "Sport.es" nəşrinə istinadən məlumat verir ki, potensial namizədlərdən biri İngiltərənin "Çelsi" komandasının hücumçusu Juan Pedrodur.
Kataloniya təmsilçisinin qeyri-sabit maliyyə vəziyyəti Alvaresin keçidi ilə əlaqədar danışıqları mürəkkəbləşdirə bilər.
Pedronun transfer dəyəri 75 milyon avro təşkil edir. Onun London klubu ilə müqaviləsi isə 2033-cü ilə qədər etibarlıdır. Lakin "zadəganlar" "maliyyə feyr-pley"i qaydalarına riayət etmək üçün vəsait toplamalıdır.
Bundan başqa, İtaliya təmsilçisi "İnter"in ulduz forvardı Lautaro Martines də hücum xəttinin möhkəmləndirilməsi üçün namizədlər sırasında yer alır.