Portuqaliya millisinin futbolçusu Brunu Fernandeş İngiltərənin "Mançester Yunayted" klubunda Kriştianu Ronaldunun nailiyyətini təkrarlayıb.
"Report" "Opta"ya istinadən xəbər verir ki. 31 yaşlı yarımmüdafiəçi buna Premyer Liqanın XXXIV turunda "Brenford"u məğlub etdikləri oyunda (2:1) nail olub.
Görüşdə məhsuldar ötürmə ilə yadda qalan oyunçu çempionatda 140 qolun vurulmasında (70 qol, 70 assist) yaxından iştirak edib.
Ronaldu "qırmızı şeytanlar"da 103 qol və 37 assist müəllifi olub.
Xatırladaq ki, 2020-ci ildən "Mançester Yunayted"də çıxış edən Brunu Fernandeş cari mövsüm 33 matçda 8 qol və 20 məhsuldar ötürmə ilə yadda qalıb.