UEFA referisi yetkinlik yaşına çatmayan şəxsə təcavüz etməkdə şübhəli bilinir.
"Report" xəbərinə görə, bu barədə Britaniyanın "The Sun" qəzeti məlumat yayıb.
Mənbənin məlumatına görə, adı açıqlanmayan referi matçı idarə etmək üçün Böyük Britaniyaya gedib. O, hoteldə yetkinlik yaşına çatmayan oğlana təcavüz edib, ona toxunub və otağına aparmağa çalışıb.
Polis referini saxlayıb və daha sonra girov müqabilində sərbəst buraxıb. Ona qarşı ittihamlar irəli sürülsə, o, Böyük Britaniyadan ekstradisiya edilə bilər. UEFA vəziyyəti izlədiyini və referinin UEFA yarışlarındakı matçlara təyin olunmayacağını bildirib.
"The Sun" həmçinin bildirib ki, Beynəlxalq Futbol Federasiyası istintaq davam etdiyi müddətdə turnirlərindəki matçlarda referidən istifadə etməyəcək.