IMG-LOGO

Rumıniya və ABŞ PUA-larla bağlı əməkdaşlıq müqaviləsi imzalayıblar

28 Apr 2026 03:37 3 baxış
IMG

Rumıniyanın müdafiə naziri Radu Miruçe və ABŞ-nin ordu naziri Daniel Driskoll pilotsuz uçuş aparatları (PUA) və onlara qarşı sistemlər üzrə əməkdaşlıq müqaviləsi imzalayıblar.

"Report" xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

"Rumıniya Böyük Britaniyadan sonra dünyada 1 600-dən çox PUA-lara qarşı həllərə çıxış təmin edən, reaksiya və əldəetmə müddətini əhəmiyyətli dərəcədə azaldan müasir vasitə olan Amerikanın "Counter-UAS Marketplace" platformasına real vaxt rejimində çıxış əldə edən ikinci ölkə olub", - rumıniyalı nazir bildirib.

O, ölkənin müttəfiq öhdəliklərinə uyğun olaraq müdafiə büdcəsini artırdığını qeyd edərək, Amerika hərbi mövcudluğunun və birgə layihələrə investisiya qoyuluşunun vacibliyini vurğulayıb.

Səfəri zamanı D.Driskoll həmçinin Rumıniya Prezidenti Nikuşor Dan və Müdafiə Qərargahının rəisi general Vlad Georqiçlə görüşüb.

Xəbər lenti