IMG-LOGO

Qırmızı vərəqə gördü: rəqib komandanın kapitanını yumruqladı

27 Apr 2026 15:16 3 baxış
IMG
0 0

“Hueska” və “Real Saraqosa” arasında keçirilən derbidə ikinci sarı vərəqə alan ikinci komandanın qapıçısı Esteban Andrada hakimin qərarından sonra Xorxe Pulidoya yaxınlaşaraq ona yumruq vurub, bu hadisə meydanda böyük gərginliyə səbəb olub. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, İspaniya 2-ci Liqasında keçirilən “Hueska” və “Real Saraqosa” arasında keçirilən "Araqon derbisi" futbolla əlaqəli olmayan hadisələrlə yadda qalıb. “Real Saraqosa”nın qapıçısı Esteban Andradanın oyunun son anlarında etdiyi hərəkətlər geniş tənqidlərə səbəb olub. 

Oyunun son anlarında “Hueska” komandasının oyunçusu Xorxe Pulido ilə sözlü mübahisə edən Andrada rəqibini itələdiyinə görə ikinci sarı vərəqə alaraq meydandan qovulub. Bu qərar gərginliyi daha da artırıb. 

Qırmızı vərəqədən sonra əsəbini cilovlaya bilməyən Andrada mübahisə etdiyi Pulidoya tərəf qaçıb və ona yumruq vurub. Bu hərəkət meydanda xaosa səbəb olub. 

Andradanın hücumundan sonra “Hueska”nın ehtiyatdakı oyunçuları meydana girərək reaksiya veriblər. Hər iki komandanın oyunçuları arasında dava uzun müddət davam edib. 

İntizam komitəsinə yönləndirilməsi gözlənilən 35 yaşlı qapıçı rəqib oyunçunun sağlamlığını təhlükəyə atdığına görə 10 oyuna qədər cəzalana bilər.

 

İdman xəbərləri

Xəbər lenti