IMG-LOGO

"Barselona" yay "transfer pəncərəsi"ndə bir neçə müdafiəçisi ilə yollarını ayıra bilər

27 Apr 2026 14:52 2 baxış
IMG

İspaniyanın "Barselona" klubu cari mövsümün sonunda bir neçə müdafiəçisi ilə yollarını ayıra bilər.

"Report" "Diario Sport"a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi Alexandro Balde, Jül Kunde və Ronald Arauxo da daxil olmaqla bir neçə arxa xətt oyunçusu üçün təklifləri nəzərdən keçirməyə hazırdır.

Lakin klub potensial alıcılara endirim etmək niyyətində deyil və futbolçuların satışından yaxşı gəlir etməyi planlaşdırır.

Xatırladaq ki, "Barselona" La Liqada 33 oyundan sonra 85 xalla liderdir. 11 xal az toplayan "Real" ikinci pillədə qərarlaşıb.

Xəbər lenti