Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat katibi Xəyal Rza Göyçayda qəzaya düşüb.
Lent.az xəbər verir ki, bu gün baş verən yol-nəqliyyat hadisəsi zamanı Xəyal Rzanın idarə etdiyi nəqliyyat vasitəsi yararsız hala düşüb.
Xəyal Rzazadə Oxu.az-a açıqlamasında bildirib ki, ailəsi və atası ilə birlikdə Göyçay şəhərində hərəkətdə olarkən BMW markalı bir avtomobil yol hərəkəti qaydalarını pozaraq onun "Changan" markalı maşınına, daha sonra isə "Mercedes" markalı digər nəqliyyat vasitəsinə çırpılıb:
"Şükürlər olsun, ciddi bir xəsarət almamışıq. Müvafiq qurumlar hadisə ilə bağlı araşdırma aparır".
Xəyal Rza AYB AYB mətbuat katibi



