IMG-LOGO

Azərbaycan minifutbol yığması Monteneqroya yollanıb

27 Apr 2026 12:47 9 baxış
IMG

Minifutbol üzrə Azərbaycan millisi Monteneqronun Hertseq Novi şəhərinə yollanıb.

Bu barədə "Report"a Azərbaycan Minifutbol Federasiyasından məlumat verilib.

Yığma Bakıda təşkil olunan bir həftəlik təlim-məşq toplanışını başa vurub. Komanda Avropa çempionatına hazırlıq planı çərçivəsində Monteneqronun Hertseq Novi şəhərinə yollanıb.

Elşad Quliyevin rəhbərlik etdiyi komanda burada keçiriləcək mini-turnirdə iştirak edərək hazırlıq mərhələsini yekunlaşdıracaq.

Qeyd edək ki, minifutbol üzrə Avropa çempionatı 27 may – 4 iyun tarixlərində Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək

Xəbər lenti