Azərbaycan Premyer Liqasında “Qarabağ” səfərdə “Neftçi” üzərində inamlı qələbə qazanıb.
Lent.az xəbər verir ki, görüş 5:1 hesabı ilə Ağdam təmsilçisinin xeyrinə başa çatıb. Musa Qurbanlı 9 və 32-ci dəqiqələrdə dubl edərək komandasını önə çıxarıb. Daha sonra Conatan Montiel 38-ci dəqiqədə fərqi artırıb.
İkinci hissədə “Qarabağ”ın üstünlüyü davam edib və Leandro Andrade 68-ci dəqiqədə dördüncü qolu vurub. “Neftçi”nin yeganə qolunu isə 21-ci dəqiqədə Elvin Bədəlov vurub.
qarabağ neftçi