IMG-LOGO

Azərbaycan boksçusu Səidcəmşid Cəfərov Dünya Kubokunda qızıl medal qazanıb

26 Apr 2026 19:57 3 baxış
IMG

Braziliyanın Fos-du-İquasu şəhərində boks üzrə keçirilən Dünya Kubokunda final döyüşlərinə start verilib.

"Report" xəbər verir ki, Azərbaycan millisinin heyətində ilk olaraq həlledici görüşə Səidcəmşid Cəfərov çıxıb.

75 kq-da mübarizə aparan boksçumuz Tauan Silva (Braziliya) ilə gücünü yoxlayıb. Hər 3 raundu aktivinə yazan Cəfərov yekunda 5:0 (30:27, 30:27, 30:27, 29:28, 30:27) hesabı ilə qalib gələrək Dünya Kubokunun qızıl medalına yiyələnib və Braziliyada Azərbaycan himnini səsləndirib.

Qeyd edək ki, gecə saatlarında Sübhan Mamedov (50 kq) və Məhəmməd Abdullayev (+90 kq) də final görüşünə çıxacaq. Bir gün öncə isə Nəbi İsgəndərov (70 kq) bürünc medala yiyələnib.

Xəbər lenti