IMG-LOGO

Premyer Liqa: "Şamaxı" "Kəpəz"i məğlub edib

26 Apr 2026 17:49 5 baxış
IMG

Misli Premyer Liqasında XXIX turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, günün ilk matçında "Şamaxı" "Kəpəz"i qəbul edib.

Şamaxı şəhər stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 2:0.

68-ci dəqiqədə Rikardo Apolinario, 75-ci dəqiqədə Andrey Tirkoveanu fərqlənib.

Qələbə sayəsində xallarının sayını 35-ə çatdıran "Şamaxı" 8-ci pillədə qərarlaşıb. "Kəpəz" 21 xalla onuncudur.

Günün ikinci matçında "Qarabağ" "Neftçi" ilə üz-üzə gələcək.

Ötən gün "Sumqayıt" "İmişli"ni iki cavabsız qolla üstələyib. "Qəbələ" - "Araz-Naxçıvan" oyununda qalib müəyyənləşməyib - 1:1.

Xəbər lenti