Cefer Cekson, on illərdir ki, görünüşü ilə bağlı şayiələr və fərziyyələr dolaşan əfsanəvi əmisi Maykl Ceksonun müdafiəsinə qalxıb.
Lent.az-ın xarici mediaya istinadən bildirir ki, Cermeyn Ceksonun 29 yaşlı oğlu, ABŞ-da aprelin 24-də premyerası keçirilən "Michael" musiqili bioqrafik filmində əmisini canlandırır. Los-Ancelesdəki qırmızı xalçada o, sənətçi ilə əlaqəli ən ağrılı yanlış təsəvvür barədə açıq danışıb.
Ceferin sözlərinə görə, əsas mif Mayklın guya "ağ olmaq" istədiyinə dair inancdır.
"Bu, böyük bir yanlış təsəvvürdür. Film bizə həqiqəti anlamağa kömək edir - vitiliqo onun həyatında mühüm rol oynayıb", - o qeyd edib.
Söhbət dərinin piqmentasiyasını itirdiyi və yüngülləşdiyi Vitiliqo xəstəliyindən gedir. Aktyorun vurğuladığı kimi, müğənni gənc yaşlarından bununla üzləşib, amma hamı onun nələrə dözməli olduğunu başa düşmür.
Maykl Cekson özü də sağlığında diaqnozu barədə açıq danışıb. Sonradan tibbi məlumatlar bunu təsdiqləyib: yarılma hesabatında fərqli piqmentasiyalı dəri ləkələri qeyd edilib və vitiliqo onun tibbi tarixçəsində qeyd edilib.
Sənətçinin bu vəziyyət üçün təsdiqlənmiş müalicə olan Benoquin 20 faiz kremindən istifadə etdiyi və digər müalicə üsullarını da sınaqdan keçirdiyi bildirilir.
Yeni film yalnız pop kralının hekayəsini danışmaqla yanaşı, həm də onun həyatının ən çox müzakirə olunan məsələlərindən birində nəhayət ki, nöqtələri müəyyən edəcəyinə vəd verir
Maykl Cekson müğənni Cefer Cekson