IMG-LOGO

Avropa Güləş İttifaqı Xetaq Qazyumovu ilin məşqçisi seçib

26 Apr 2026 11:41 2 baxış
IMG

Sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçisi Xetaq Qazyumov Avropa Güləş İttifaqı tərəfindən ən yaxşı məşqçi seçilib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Bildirilib ki, milli komandanın baş məşqçisi sərbəst güləş üzrə 2025-ci ilin ən yaxşı məşqçisi kimi xüsusi mükafatla təltif edilib.

Qeyd edək ki, Azərbaycan seçməsi onun rəhbərliyi altında ötən il Avropa çempionu olub və dünya çempionatında 4-cü yeri tutub.

Xəbər lenti